Pedaqogika üzrə fəlsəfə doktoru
Əliyeva Qızıllı Mustafa qızı 03 sentyabr 1956-cı ildə Şərur rayonunun Billava kəndində anadan olmuşdur.
1974 – cü ildə Naxçıvan şəhərindəki İ.Səfərli adına 1№ li orta məktəbi bitirib Naxçıvan Dövlət Pedaqoji Universtitetinin Təbiət-coğrafiya fakultəsinin kimya ixtisasına daxil olmuşdur.
1995-ci ildə iş təcrübəsi rayon məktəbləri arasında yayılmış və ‘’Ali kateqoriyalı’’ müəllim adını almışdır.
1998-ci ildə Şərur şəhər 1 saylı orta məktəbində, 2002-ci ildən 2010-cu ilə qədər Şərur şəhər 2 saylı orta məktəbdə müəllim işləmişdir.
2005—ci ildə Bakı Dövlət Universitetinin dissertantı olmuşdur. Dissertasiya mövzusu “Orta məktəb üzvi kimya kursunda karbohidrogenlər və onların oksigenli törəmələrinin oksidləşmə-reduksiya reaksiyalarının tədrisinin elmi-metodiki əsasları’’ olmuşdur. İxtisas: 5801.01 –‘’Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası’’ ( kimyanın tədrisi metodikası).
2008-ci ildə Naxçıvan Muxtar Respublikasının ‘’Əməkdar müəllim’’ fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Naxçıvan şəhər Təhsil şöbəsində metodist müəllim, 2012-ci ildən 2018 – ci ilə qədər isə Naxçıvan şəhər Təhsil şöbəsində metodiki kabinetin müdiri vəzifəsində çalışmışdır. 2018 – ci ilin oktyabr ayından Naxçıvan Müəllimlər İnstitutunda müəllim işləyir.
2014-cü il 27 sentyabrda Naxçıvan Dövlət Universitetində müdafiə etmiş və Pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi adını almışdır. İlkin müzakirə Bakı Dövlət Universitetinin pedaqogika kafedrasında olmuşdur. 10 elmi məqalə və 5 tezisin müəllifidir.
Dərc olunmuş elmi əsərləri.
- Kabohidrogenlər yanan zaman baş verən oksidləşmə – reduksiya reaksiyalarının tənliklərinin elektron balansı üsulu ilə əmsallaşdırılması. Bakı Universitetinin xəbərləri ( təbiət elmləri seriyası ) , 2006, № 1 səh. 31-37.
- Orta məktəbdə üzvi kimyanın tədrisi prosesində şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması . Kimya məktəbdə 4 ( 12 ) 2005 səh. 28-38
- Orta məktəbdə üzvi birləşmələrin oksidləşmə – reduksiya reaksiyalarının tədrisi barədə. Kimya məktəbdə,
4 ( 16 ) Səh. 25 – 37 - Orta məktəbdə doymuş biratomlu spirtlərin oksidləşmə reaksiyalarının tədrisinin bəzi metodologiyası . Kimya məktəbdə 2 ( 86 ) Səh. 54-72
- Orta məktəbdə karbohidrogenlər və onların funksional törəmələrinin yanma reaksiyalarının tədrisi barədə. Kimya məktəbdə 4 ( 20 ) 2007
- Karbohidrogenlərin oksidləşmə reaksiyalarına təsir edən amillər mövzusunun tədrisi. Kimya məktəbdə , 2 ( 22 ) 2008. Səh. 43- 62.
- Orta məktəbdə karbohidrogenlərin oksigenli törəmələrinin tədrisi zamanı idrak proseslərinin inkişaf etdirilməsi. Kimya məktəbdə , 4 ( 24 ) S. 60-71.
- Orta məktəb kimya kursunda “ Oksidləşmə dərəcəsi “ anlayışının öyrənilməsi. Kimya məktəbdə . 2-3 ( 34 – 35) 2011. Səh. 39-45.
- Orta məktəbdə üzvi maddələrin reduksiyası reaksiyalarının tədrisi barədə. Kimya məktəbdə 4 ( 32 ) 2010. Səh. 1-6 .
- Üzvi birləşmələrin oksidləşmə – reduksiya reaksiyaları. Bakı Universitetinin xəbərləri. Təbiət elmlər seriyası. № 4. 2006.
- Karbohidrogenlərin və onların funksional törəmələrinin yanma reaksiyalarının tədrisi barədə. Bakı Dövlət universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları. 30-31 oktyabr . 2009 . səh. 368- 369.
- Spitlərin oksidləşmə reaksiyalarına təsir edən amillər barədə. “ Gənc kimyaçı “ II Respublika elmi konfransının materialları , 17 – 18 may 2006 – cı il s. 55-56
- “Orta məktəbdə”Karbohidrogenlərin oksidləşmə reaksiyalarına təsir edən amillər” mövzusunun tədrisi. Kimyəvi birləşmələrin sintezi və çevrilmələri , III Respublika elmi konfransının materialları. 17- 28 may , 2007- ci il. S. 122-123.
- Orta məktəbdə üzvi kimyanın tədrisi prosesində şagirdlərdə ekoloji dünyagörüşün formalaşdırılması. Akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş “ Ekologiya : təbiət və cəmiyyətin problemləri “ Beynəlxalq elmi konfransının materialları , 8- 9 noyabr , 2007 – ci il.
- Ускоренний способ решения задач по реаксиям горения органических соединэний. Естественний и технические науку. № 3. 2012 с. 61-64