Əliyev Ceyhun Xürrəm oğlu

Baş müəllim

E-mail: ceyhunaliyevnmi@gmail.com / ceyhunaliyev2@gmail.com

22 noyabr 1987-ci ildə Ordubad şəhərində anadan olub. 1994-2005-ci ildə Ordubad rayon Gilançay kəndində orta məktəbi bitirib. 2005-2009-cu ildə Naxçıvan Dövlət Universitetini qırmızı diplomla bitirmiş və həmin universiteti 2008-ci ildə Bakı şəhərində keçirilən olimpiadada təmsil etmişdir. 2009-2010-cu ildə hərbi xidməti başa vurmuş və 2011-ci ildən 2014-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun Riyazi analiz şöbəsinin baş laborantı vəzifəsində işləmişdir. 2012-ci ildə astro-fizika üzrə “FP7-PEOPLE-2013-IRSES” grand layihəsində iştirak etmiş və Avstria ölkəsində 3 aylıq ezamiyyətdə olmuşdur. 2015-2019-cu illərdə Ordubad rayon Gilançay tam orta məktəbində müəllim vəzifəsində işləmişdir. 2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Differensial tənliklər” ixtisasını bitirmişdir. 2019-cu il sentyabr tarixindən Naxçıvan Müəllimlər İnstitutunun Ali riyaziyyat və informatika kafedrasının müəllimi, 2020-ci il iyun ayından isə “Təbiət və incəsənət” fakültəsinin dekan müavini vəzifəsində çalışır.

Dərc olunmuş elmi əsərləri

  1. Magistrların Regional Elmi Konfransının materialları №9. NDU-2018, S.Əliyev, C.Əliyev “Çəki funksiyasına nəzərən ortonormal Lejandr çoxhədlilər sisteminin qurulması” səh-134.
  2. Magistrantların XVIII Respublika Elmi konfransı, 17-18 may. SDU-2018. S.Əliyev, C.Əliyev “Çəki funksiyasına nəzərən ortonormal Çebişev-Ermit çoxhədlilər sisteminin qurulması” səh-124.
  3. Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər-2020 mövzusunda respublika elmi-praktik konfrans “Riyazi analiz kursunun tədrisində Limitlər nəzəriyyəsinin tərs məsələləri” Əliyev, C.Əliyev 12-13 may 2020, Naxçıvan şəhər, NMİ -2020
  4. Sahib Əliyev, Elşad Ağayev, Ceyhun Əliyev. “Çebişev-Laqer çoxhədlilər sisteminin qurulması”. NDU-2020
  5. Sahib Əliyev, Ceyhun Əliyev “Ortonormal çoxhədlilər sisteminin qurulması”. NMİ Xəbərlər № 2, 2020-ci il.
  6. Ceyhun Əliyev, Sahib Əliyev “Yakobi çoxhədlilər sisteminin qurulması” NMİ Xəbərlər № 2, 2021-ci il.
  7. Ceyhun Əliyev, Sahib Əliyev “Parametrdən asılı olan inteqralların həlli” NMİ Xəbərlər № 3, 2021-ci il.
  8. Sahib Əliyev, Ceyhun Əliyev “Установление системы многочлены Якоби” “Advanced science” Rusiya, Kirov şəhəri, Vyatka Dövlət Universiteti
  9. X.Fərzəliyev, A.S.Novruzov, C.X.Əliyev “Planimetriyaya aid məsələlər həlli” dərs vəsaiti. NMİ “Məktəb” nəşriyyatı 2021-ci il.
  10. Ə.Əliyev, A.S.Novruzov, C.X.Əliyev “Riyazi analiz” dərs vəsaiti, NMİ “Məktəb” nəşriyyatı 2021-ci il.
  11. Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər-2021” mövzusunda respublika elmi-praktik konfrans “Riyazi analiz kursunun tədrisində bəzi məsələlərə dair” Əliyev, C.Əliyev 21 may 2020, Naxçıvan şəhər, NMİ -2020
  12. X.Əliyev, S.Y.Zeynalova “Müasir təhsilin inkişafında innovasiyanın potensialı və tətbiqi“Təhsil, tədqiqat və innovasiyanın vəhdəti” mövzusunda doktorant və magistrantların III Regional elmi konfransına dair, NMİ-Xəbərlər № , 2021-ci il
Azərbaycan dili AZ English EN